Lavrov: ABŞ-ın İrana qarşı addımları qeyri-qanunidir
-
Lavrov: ABŞ-ın İrana qarşı addımları qeyri-qanunidir
Rusiyanın xarici işlər naziri Moskvanın ABŞ-ın İran İslam Respublikasına qarşı davranışlarını qəbul etmədiyini deyib.
Əl-Məyadin informasiya agentliyinin verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi günü Moskva Beynəlxalq Əlaqələr Universitetində deyib: Rusiya ABŞ-ın bəzi məsələlərlə bağlı rəftarlarını o cümlədən İran, Ümumdünya Ticarət Təşkilatı və İsrail ilə Fələstin arasındakı saziş müzakirələri qarşısındakı davranışlarını qəbul etmir.
Lavrov ABŞ-ın rəftarlarının diplomatiya ilə heç bir əlaqəyə malik olmadığını deyərək, əlavə edib: Rusiya Vaşinqtonun dünyanın əldə etdiyi uğurları alt-üst edən qanunsuz davranışlarını qəbul etmir.
Rusiyanın xarici işlər naziri həmçinin deyib: ABŞ-ın öncəki prezidenti Barak Obama Asiyanın qərbində bir çox böhran ocaqlaraı yaratdı və bu böhranlar həll edilməlidir.
Lavrov ABŞ-ın hazırkı prezidenti Donald Trampın Rusiya ilə əlaqələri normallaşdırmağa çalışmaqda ittiham olunduğuna işarə edərək, deyib: Vaşinqton ixtilafları müzakirə yolu ilə həll etmək istəmir.
Rusiyanın xarici işlər naziri həmçinin deyib: Moskva Suriya böhranının həlli istiqamətində olan 2245 saylı qətnaməni dəstəkləyir və bu ölkənin bərpasına yardım etməyə çalışır.