Sen 04, 2018 15:13 Asia/Baku
  • Amerika BMT TŞ-nin dövri sədri oldu
    Amerika BMT TŞ-nin dövri sədri oldu

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dövri sədrliyi Amerikaya çatıb.

Amerikanın BMT-dəki nümayəndəsi Niki Heyli dünən bir twitter mesajında yazıb: Bu gün bizim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına dövri sədrliyimiz başlandı, çox məşğuliyyətli və təmərküzləşmiş bir ay olacaq.

Amerika elə bir halda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dövri sədri olubdur ki, bu ölkənin BMT-dəki son ikiillik keçmişi Vaşinqtonun bu şuranın qətnamələrinə və bu təşkilat tərəfindən dəstəklənən beynəlxalq razılaşmalara sadiq qalmamasından xəbər verir.

BMT-nin bu mühüm orqanının sədrliyi hər ay onun on beş daimi və ya qeyri-daimi üzvündən birinə tapşırılır.

Teqlər