Fransa İrana qarşı sanksiyaların qanunsuz olduğunu bildirib
Fransanın xarici işlər naziri Amerikanın İrana qarşı sanksiyalarının qanunsuz olduğunu bildirərək Avropa ölkələrinin İranla maliyyə əlaqələri davam etdirmək üçün mexanizmlər yaratmağa səy göstərmələrindən xəbər verib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Fransanın XİN başçısı Jan-İv Lö Drian dünən deyib: Fransa, Almaniya, Britaniya, Çin və Rusiya ilə birlikdə nüvə sazişi çərçivəsində əməkdaşlıq aparmaqdadır ona görə ki, Avropa Birliyi bu razılaşmanı imzalayıb və bu da yaxşı razılaşmadır.
Jan-İv Lö Drian Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə sazişinə sadiq qalmasını təsdiqləyən 12-ci hesabatına toxunaraq deyib: Nüvə sazişinin zəifləməsinə mane olmaq lazımdır və biz İrana deyirik ki, sazişi sadiq qal və biz də sadiq qalacağıq.
Fransa XİN rəhbəri deyib: İran nüvə sazişinin mənafeyindən o sıradan da ticarət sahəsindəki imkanlarından faydalanmaq istəyir Amerika isə tətbiq etdiyi sanksiyalarla İranda başqa ölkələrin şirkətlərinin fəaliyyətlərinə mane olmağa çalışır, halbuki Amerikanın öz ərazilərindən kənardakı bu kimi hərəkətləri qanunsuzdur.
Jan-İv Lö Drian deyib: Amerikanlar sanksiyalar yolu ilə təzyiq göstərməklə İranda rejimi dəyişə biləcəklərini təsəvvür edirlər, Avropa isə tam əksini düşünür və İran belə şəraitdə İran nasionalizminə və iranlıya məxsus izzətə sövkənən böyük müqavimətin şahidi olacaq.
Fransanın XİN rəhbərinin bu açıqlaması və Avropa ölkələrinin İranla maliyyə əlaqələri davam etdirmək üçün mexanizmlər axtarıb-tapmaq cəhdləri elə bir şəraitdədir ki, İran Avropa tərəfindən konkret təşəbbüslər gözləyir.
İİR XİN sözçüsü Bəhram Qasimi bazar günü etdiyi çıxışında İran ilə Avropa arasında nüvə sazişi barədə müzakirələrin davam etdiyini bildirərək eyni zamanda deyib: Avropanın təklifləri indiyədək kifayət etməyib və İran hələ əməli təzminatlar almayıb.