Lavrov: Moskva, Tehran və Ankara Suriyada savaşın sonlanmasını istəyirlər
https://azeri.sahartv.ir/news/dünya-i321821-lavrov_moskva_tehran_və_ankara_suriyada_savaşın_sonlanmasını_istəyirlər
Rusiyanın xarici işlər naziri Moskva, Tehran və Ankaranın Suriyada savaşın bitməsini istədiklərini deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2018 15:03 Asia/Baku
  • Lavrov: Moskva, Tehran və Ankara Suriyada savaşın sonlanmasını istəyirlər

Rusiyanın xarici işlər naziri Moskva, Tehran və Ankaranın Suriyada savaşın bitməsini istədiklərini deyib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Sergey Lavrov deyib: İran, Rusiya və Türkiyənin məqsədi Suriya böhranının həllinə yardım etmək və bu ölkədəki savaş son qoymaqdır. 

Rusiyanın xarici işlər naziri daha sonra deyib: Suriya xalqı heç bir xarici müdaxilə olmadan öz taleyi barədə qərar qəbul etməlidir. 

Lavrov həmçinin deyib: terrorçular Suriyada sabitliyi təhdid edən ən ciddi amildirlər.