Sen 08, 2018 19:53 Asia/Baku
  • Almaniyada nasist qrupların hücumları davam edir

Almaniya rəsmiləri irqçi və nasist qrupların Kemnits şəhərində bəzi məkanlara qarşı hücumlarının davam etməsindən xəbər verib.

Frans 24 telekanalının verdiyi məlumata görə, Almaniya rəsmiləri şənbə günü üzü niqablı hücumçular ötən bir neçə gündə Kemints şəhərində bir restorana hücum ediblər. 

Neo-nasist qruplar ifratçı sağçı "Almaniya Üçün Alternativ" partiyası və anti-İslam "Peqida" qrupunun dəvəti əsasında Kemnitz şəhərində təxribatlar törətməyə başlayıblar. 

Almaniya kansleri Angela Merkel və bu ölkənin xarici işlər naziri Heiko Maas neo-nasist qrupların zorakılığa əsaslanan davranışlarını qınayıblar. 

Neo-nasist qruplar Almaniya başda olmaqla Avropa ölkələrində immiqrantlara qarşı hücumlarını artırıblar. 

Teqlər