Bokoharam bir şəhərə nəzarəti ələ keçirib
Sen 09, 2018 09:04 Asia/Baku
Bokoharam terror qrupu Nigeriya ordusu ilə toqquşmalardan sonra ölkənin şimal şərqində yerləşən Qudumbali şəhərinə nəzarəti ələ keçirib.
Frans Pressin verdiyi məlumata görə, Borno vilayətinin Qudumbali şəhərində baş verən toqquşmalarda 8 mülki ölüb minlərlə adam didərgin düşüb.
Bokoharam terror qrupu 2009-cü ildə Nigeriyanın şimalında silahlanaraq Niger, Çad və Kamerona qarşı hücumlara başladı.
Bu terrorçu qrup bu müddət ərzində 20 mindən çox insanı öldürüb və iki milyondan çox mülkini öz yurd-yuvasından didərgin salıb.
Terrorçu Bokoharam qrupunun fəaliyyət göstərdiyi ölkələrdə dövlətlərin onu cilovlamaqdan aciz qalmaları Bokoharama qarşı müharibənin uzanması ilə nəticələnib.