Sen 10, 2018 13:48 Asia/Baku
  • Moqerini sionist qəsəbə sakinlərinin görüş istəyini rədd etdi

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Brüsseldə səfərdə olan bir qrup sionist qəsəbə sakini ilə görüşdən imtina edib.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, AB-nin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini sionist qəsəbə sakinləri ilə görüşdən imtina edib.

F.Moqerini bundan öncə sionist İsrail rejiminin Fələstin ərazilərində qanunsuz yaşayış massivlərinin salınması siyasətini durdurmasını istəmişdi.

İsrail radiosu da bu xəbəri təsdiq edib.

BMT də işğal altında olan Fələstin ərazilərində yaşayış massivlərinin salınmasını bu təşkilatın qətnamələrinə zidd adlandırıb.

Teqlər