Sen 11, 2018 09:21 Asia/Baku
  • Con Keri ABŞ prezidentinin yanlış qərarlarının mənfi nəticələri barədə xəbərdarlıq etdi
    Con Keri ABŞ prezidentinin yanlış qərarlarının mənfi nəticələri barədə xəbərdarlıq etdi

ABŞ-ın keçmiş dövlət katibi hazırkı prezident Donald Trampın yanlış qərarlarının mənfi nəticələri barədə xəbərdarlıq etdi.

ABŞ-ın keçmiş dövlət katibi bazar ertəsi günü PBS kanalı ilə müsahibədə deyib: Prezident Donald Trampın qərarları ABŞ üçün son dərəcə zərərli və təhlükəlidir. Misal üçün, ABŞ-ın kənarına toplaşmış ölkələrin hamısı İran ilə düşməndirlər. 

Keri həmçinin, Tramp hökumətinin İranda siyasi quruluşu dəyişməyə çalışdığını deyib. 

Keçmiş dövlət katibi ABŞ-ın İran ilə nüvə anlaşmasından çıxmasını da yanlış addım adlandırıb və deyib: Anlaşmanın digər tərəfləri var gücləri ilə bu anlaşmanı qorumağa çalışırlar. Və maraqlıdır ki, İran da anlaşmanın qorunmasına çalışır. 

Con Kerri əlavə edib: Vaşinqtonun İran ilə nüvə anlaşmasından çıxması ABŞ-ı təcridə sürüklədi və onu dünyadan uzaqlaşdırdı. 

Keçmiş dövlət katibi ABŞ-ın Paris iqlim anlaşmasından çıxmasını da yanlış qərar adlandırıb və deyib: Tramp bu anlaşmadan çıxmağa dair hansısa qanuni səbəbə malik deyil. Halbuki, dünyadakı bütün insanların həyatı bu anlaşmaya bağlıdır. 

C.Keri ABŞ prezidentinin Şimali Koreya və Avropa ilə bağlı da bir çox səhvə yol verdiyini deyib: Trampın bu siysətləri ölkələrin Amerika ilə bağlı mövqelərinə son dərəcə mənfi təsir buraxıb. 

Donald Tramp 2016-cı ildə Amerikada iqtidara gəldiyi zamandan indiyə kimi bir neçə beynəlxalq anlaşmadan səbəbsiz olaraq çıxıb. Bu da ABŞ-ın daxilində və dünya səviyyəsində ciddi tənqidlərə yol açıb. 

Teqlər