Rusiya prezidenti Moskva-Pekin əlaqələrinin önəminə təkid etdi
-
Rusiya prezidenti Moskva-Pekin əlaqələrinin önəminə təkid etdi
Rusiya prezidenti deyib: Moskva-Pekin əlaqələri qarşılıqlı inam və etimad əsasında inkişaf etməkdədir.
Raşa Tudey-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Vladivastokda Çin Xalq Respublikasının prezidenti Şi Cin Pin ilə görüşdə deyib: Hal hazırda iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrinin həcmi ən yüksək səviyyədədir və bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Çin və Rusiya əlaqələri qarşılıqlı etimad əsasında qurulub.
Çinin prezidenti də bu görüşdə 4-cü Şərq İqtisadiyyat Forumunda iştirakdan razılıq edərək, deyib: Çinin nümayəndə heyəti bu iclasda iştirak edən ən iri heyətdir. Bu isə Şərq İqtisadiyyat Forumunun Çin üçün nə qədər önəmli olması mənasındadır. Eyni zamanda bu məsələ Rusiyanın Çin üçün nə qədər önəmli olduğunu göstərir.
4-cü Şərq İqtisadiyyat Forumu bu gün çərşənbə axşamı onlarla xarici ölkənin iştirakı ilə Rusiyanın Vladivastok şəhərində işə başlayıb. Bu iki günlük forum sabah öz işini başa vuracaq.