Sen 27, 2018 17:31 Asia/Baku
  • Çin bir daha nüvə anlaşmasına dəstək verdi

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bir daha nüvə anlaşmasının qorunmasını vurğuladı.

Gen Suan bu gün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dünənki iclasına və ABŞ prezidentinin ondakı çıxışına reaksiyada vurğulayıb ki, nüvə anlaşması mühüm beynəlxalq müqavilələrdən biri kimi qorunmaqda davam etməlidir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Beynəlxalq bir sənəd sayılan bir razılaşmanın qorunması əslində beynəlxalq qanun və hüquqların qorunması deməkdir.

Gen Suan nüvə anlaşmasını mühüm beynəlxalq bir nailiyyət adlandırıb və qeyd edib ki, bu anlaşma regionda sülh və sabitliyin irəlilədilməsində mühüm təsirə malik olubdur.

Teqlər