AB-nin layihəsi noyabrdan öncə icra olunacaq
Sen 27, 2018 19:03 Asia/Baku
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi bildirib ki, bu birliyin İranla ticarətin asanlaşdırılması üzrə layihəsi noyabr ayından öncə icra olunacaq.
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini dünən Nyu-Yorkda deyib: Avropa Birliyinin layihəsi SPV adlanır və onda məqsəd, Amerikanın sanksiyalarının tətbiq edilməsinə rəğmən belə, İran dövlətilə ticarətin bərqərarıdır.
Bundan öncə İngiltərə, Çin, Rusiya, Fransa və Almaniyanın xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi bazar ertəsi günü Nyu-Yorkda keçirdikləri iclasda İranla maliyyə əlaqələri hədəfilə yeni imkanların yaradılması üzrə qərarlarını elan ediblər.