Okt 08, 2018 16:32 Asia/Baku
  • BMT: Myanma hələ də Ruhinqa müsəlmanları üçün təhlükəlidir
    BMT: Myanma hələ də Ruhinqa müsəlmanları üçün təhlükəlidir

BMT ən son hesabatında Myanma dövlətinin Ruhinqa müsəlmanları üçün normal yaşam şəraitinin yaradılması istiqamətində heç bir addım atmadığını bildirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, BMT-nin qaçqınlar üzrə ali komissarlığı və BMT-nin abadlıq proqramı tərəfindən birgə formada hazırlanmış hesata əsasən Ruhinqa müsəlmanları hələ də Myanmada qorxu içindədirlər və hətta, yaşadıqları Raxin vilayətində sərbəst formada küçəyə çıxmaqdan belə çəkinirlər. 

BMT-nin qaçqınlar üzrə ali komissarlığının sözçüsü Ruhinqa müsəlmanlarının təhlükəsizliyə malik olmadıqları üçün öz gündəlik ehtiyaclarını təmin etməkdən aciz qaldıqlarını bildirib. 

Andro Maçik Myanmanın Raxin vilayətində Ruhinqa müsəlmanlarının yaşadıqları məntəqəyə olan səfərinə işarə edərək, deyib: Ruhinqa müsəlmanları səhiyyə imkanlarının olmamasına və onlara qarşı tətbiq edilən məhdudiyyətlərə görə bir çox problemlərə malikdirlər və təhsildən məhrum ediliblər. 

Myanma hökuməti iyun ayında BMT-yə Ruhinqa müsəlmanlarının yaşam şəraitini yaxşılaşdıracağına dair vədlər vermişdi. 

Maçik həmçinn deyib: Dəyərləndirmələrə əsasən Myanma dövləti təyin olunmuş şərtlərin heç birini yerinə yetirməyib. 

700 minə yaxın Ruhinqa müsəlmanı 2017-ci ildə Myanma dövlətinin kütləvi soyqırımı və etnik təmizləmə siyasətindən amanda qalmaq üçün bu ölkəni tərk edərək, Banqladeşə sığınıb. 

Teqlər