Avropa səud rejiminə təzyiqin göstərilməsinə təkid edib
-
Avropa səud rejiminə təzyiqin göstərilməsinə təkid edib
Avropa Xarici Əlaqələr Şurası bildirib ki, Ərəbistan rejimini tənqid edən jurnalist Camal Qaşıqçının yoxa çıxması barədə müstəqil təhqiqat aparılmalıdır.
Avropa Xarici Əlaqələr Şurası bir bəyanat yayaraq, vurğulayıb ki, Camal Qaşıqçının iddia olunan qətli Səudiyyə Ərəbistanının Yaxın Şərqdəki səbatsızlaşdırıcı rolunu daha artıq üzə çıxarır və Avropa hökumətləri, rəftarını dəyişməsi üçün Ərriyada təzyiq göstərməlidirlər.
Bu bəyanatda deyilir: Bu jurnalistin yoxa çıxması və ehtimal üzrə qətlə yetirilməsi Yaxın Şərqdə mövcud olan hazırkı durum barədə digər bir qorxunc bir mesajdır. Bu hadisə göstərir ki, bu məntəqədə nə hərəkətlər, özü də ehtimal üzrə Avropa və Qərbin ən yaxın regional müttəfiqlərindən olan bir hökumət tərəfindən, cəzalandırılmaqdan tam toxunulmaz şəkildə, həyata keçirilir.
Avropa Xarici Əlaqələr Şurası əlavə edib: Ərriyadın son hadisədəki həyasızlığı Avropa hökumətlərini günbəgün artan daxili nigarançılıqlara əsasən, Fars Körfəzi ölkələri ilə olan zahirən qeyd-şərtsiz əlaqələri yenidən nəzərdən keçirməyə məcbur edir.
Bu bəyanatda vurğulanır: Əgər avropalılar, etdiyi hərəkətlərinə görə daha artıq məsuliyyət qəbul etməsi üçün Ərriyada indi təzyiq göstərməsələr, o, bundan da təhlükəli rəftarlara əl ata bilər.
Camal Qaşıqçı oktyabrın 2-də Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Bu hadisədən bri neçə gün sonra onun cəsədi doğranmış şəkildə və çoxlu sayda işgəncə əlamətləri ilə İstanbulda tapılıbdır.