BMT Səudiyyə rəsmilərinin toxunulmazlığının ləğv edilməsinə çağırıb
https://azeri.sahartv.ir/news/dünya-i325716-bmt_səudiyyə_rəsmilərinin_toxunulmazlığının_ləğv_edilməsinə_çağırıb
Birləşmiş Millətlər Təşkilatının insan haqları ali komissarı Türkiyədə səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının yoxa çıxmasında əli olması ehtimal edilən hərhansı Səudiyyə rəsmisinin diplomatik toxunulmazlığının ləğv edilməsinə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2018 13:25 Asia/Baku
  • BMT Səudiyyə rəsmilərinin toxunulmazlığının ləğv edilməsinə çağırıb
    BMT Səudiyyə rəsmilərinin toxunulmazlığının ləğv edilməsinə çağırıb

Birləşmiş Millətlər Təşkilatının insan haqları ali komissarı Türkiyədə səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının yoxa çıxmasında əli olması ehtimal edilən hərhansı Səudiyyə rəsmisinin diplomatik toxunulmazlığının ləğv edilməsinə çağırıb.

FransPress-in verdiyi məlumata görə, BMT insan haqları ali komissarı Mişel Baçelet bu gün bir bəyanatda deyib: Camal Qaşıqçının yoxa çıxması məsələsinin ciddi olduğunu nəzərə alaraq 1963-cü ildə Vyana konvensiyası kimi müahidələrdə əksini tapmış konsulluqların işçiləri və binalarının toxunulmazlığı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğu barədə ləğv edilməlidir. 

Baçelet həmçinin Səudiyyə Ərəbistanı və Türkiyəni Camal Qaşıqçının yoxa çıxması və onun qətlə yetirilməsi ehtimalı barədə bütün informasiyalrı yaymağa çağırıb.