Brüssel polisi Avropa-Asiya sammiti ərəfəsində tətil aksiyasına başlayıb
https://azeri.sahartv.ir/news/dünya-i325883-brüssel_polisi_avropa_asiya_sammiti_ərəfəsində_tətil_aksiyasına_başlayıb
Belçika polisinin yüzlərlə zabiti Avropa və Asiya ölkələri başçılarının Brüssel sammiti ərəfəsində, iş şəraitinə etiraz olaraq tətil aksiyasına başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2018 06:18 Asia/Baku
  • Brüssel polisi Avropa-Asiya sammiti ərəfəsində tətil aksiyasına başlayıb
    Brüssel polisi Avropa-Asiya sammiti ərəfəsində tətil aksiyasına başlayıb

Belçika polisinin yüzlərlə zabiti Avropa və Asiya ölkələri başçılarının Brüssel sammiti ərəfəsində, iş şəraitinə etiraz olaraq tətil aksiyasına başlayıb.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Brüssel polisi 500-dən çox polis zabitinin çərşənbə günü iş şəraitinə etiraz olaraq, xəstəlik bəhanəsi ilə işə çıxmaqdan imtina etdiyini bildirib. 

Brüssel polisinin bu tətil aksiyası cümə axşamı və cümə günü bu şəhərdə keçiriləcək iki günlük Avropa və Asiya ölkələri başçılarının sammiti ərəfəsində baş tutub. 

Brüssel polisi, polis zabitlərinin tətil aksiyasına sonqoymaları və problemlərinin həll edilməsi istiqamətində danışıqların başlanmasından xəbər verib.