ABŞ Ər-Riyada xəbərdarlıq etdi: Qaşıqçı olayında əli olanlar cəzalandırılsın
https://azeri.sahartv.ir/news/dünya-i325888-abŞ_Ər_riyada_xəbərdarlıq_etdi_qaşıqçı_olayında_əli_olanlar_cəzalandırılsın
ABŞ dövlət katibi Ər-Riyadın tənqidçi jurnalist Camal Qaşıqçının oğurlanması və ya qətlə yetirilməsi olayında əli olan şəxsləri cəzalandırmayacağı təqdirdə, Vaşinqtonun birbaşa formada məsələyə müdaxilə edəcəyini deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2018 07:01 Asia/Baku
  • ABŞ Ər-Riyada xəbərdarlıq etdi: Qaşıqçı olayında əli olanlar cəzalandırılsın
    ABŞ Ər-Riyada xəbərdarlıq etdi: Qaşıqçı olayında əli olanlar cəzalandırılsın

ABŞ dövlət katibi Ər-Riyadın tənqidçi jurnalist Camal Qaşıqçının oğurlanması və ya qətlə yetirilməsi olayında əli olan şəxsləri cəzalandırmayacağı təqdirdə, Vaşinqtonun birbaşa formada məsələyə müdaxilə edəcəyini deyib.

CNN telekanalının verdiyi məlumata görə, ABŞ dövlət katibi Mayk Pompeo Ər-Riyada olan səfəri zamanı Ərəbistan vəliəhdinə Ər-Riyadın Camal Qaşıqçının yoxa çıxması və ya qətlə yetirilməsi olayı ilə bağlı araşdırmaların nəticəsini ən qısa zamanda elan etməli və Qaşıqçı olayının arxasında duran şəxsləri cəzalandırmalı olduğunu bildirdiyini deyib. 

Bu məlumata görə, Mayk Pompeo çərşənbə axşamı Ərəbistan vəliəhdi Məhəmməd bin Salman ilə görüşdə onun Qaşıqçı olayının detallarından agah olmalı olduğunu bildirib və gələcək kral olaraq sınaq qarşısında durduğunu deyib. 

Bu arada ABŞ Senatının bir qrup demokrat senatoru çərşənbə günü prezident Donald Trampdan Ərəbistan hökumətinin Qaşıqçı olayındakı rolunu araşdırmaq üçün kifayət qədər fürsət yaratmasını istəyib. 

Bu senatorlar həmçini, Donald Trampdan Ərəbistan ilə bank əməliyyatlarına dair hesabatları təqdim etməsini istəyiblər. Zira, Ərəbistan hökumətinin Trampın ailə müəssisələrinə pul ayırması ciddi suallara və nigaranlıqlara səbəb olub.