"MI 6"nın keçmiş rəisi: Bin Salman Qaşıqçının qətlində rol oynayıb
https://azeri.sahartv.ir/news/dünya-i326082-mi_6_nın_keçmiş_rəisi_bin_salman_qaşıqçının_qətlində_rol_oynayıb
İngiltərənin xarici kəşfiyyat təşkilatı- "MI 6"nın keçmiş rəisi deyib: Bütün faktlar Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın səudiyyəli jurnalist Camal Qaşıqçının qətlində məsuliyyət daşımasından xəbər verir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2018 06:52 Asia/Baku
  • "MI 6"nın keçmiş rəisi: Bin Salman Qaşıqçının qətlində rol oynayıb

İngiltərənin xarici kəşfiyyat təşkilatı- "MI 6"nın keçmiş rəisi deyib: Bütün faktlar Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın səudiyyəli jurnalist Camal Qaşıqçının qətlində məsuliyyət daşımasından xəbər verir.

Con Suarez dünən bir müsahibədə söyləyib: Bütün faktlar Qaşıqçının qətlinin Muhəmməd bin Salmanın göstərişi əsasında və ona yaxın şəxslər tərəfindən həyata keçirilməsindən söz açır.

"MI 6"nın keçmiş rəisi vurğulayıb: Muhəmməd bin Salmanın Qaşıqçının qətlində böyük ehtimala qarşı olan rolunun sübut ediləcəyi təqdirdə, Amerika, İngiltərə və Avropa İttifaqı ciddi reaksiya verməlidirlər.

İngiltərənin xarici kəşfiyyat təşkilatının keçmiş rəisi həmçinin bildirib ki, Türkiyənin kəşfiyyat orqanına hörmətlə yanaşır və onu peşəkar hesab edir. O, deyib ki, Türkiyə mənbələrinin Qaşıqçının qətli tərzi barədəki iddialarına inanır.

Səudiyyə Ərəbistanı nəhyət rəsmi şəkildə səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının bu ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirildiyini təsdiq edib.