Okt 22, 2018 17:32 Asia/Baku
  • Tramp Rusiya ilə
    Tramp Rusiya ilə "Orta Mənzilli Nüvə Raketlərinə Qadağa Paktı"ndan çıxır

Köhnə anlaşmalardan çıxmaq və daha yaxşı anlaşma üçün bazarlıq etmək kimi bir xüsusiyyətə malik olan ABŞ prezidenti daha bir anlaşmadan çıxacağının anonsunu verib: “Orta Mənzilli Nüvə Raketlərinə Qadağa Paktı”.

 

Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiyaya səfər etməsi ilə bir vaxtda Moskvanı uzun illərdir ki, bu anlaşmanı pozmaqda ittiham edib.

Donald Tramp: “Biz ruslara nüvə anlaşmasını pozmaq və silah istehsal etmək icazəsi verməyəcəyik. Halbuki, bizim buna haqqımız yoxdur. Biz anlaşmaya hörmətlə yanaşaraq, ona əməl edirik. Amma, təəssüflər olsun ki, ruslar belə etmirlər. Buna görə də, biz anlaşmadan çıxırıq. Əgər, Çin və Rusiya bu növ silahların qadağan edilməsinə dair yeni anlaşmaya razı olmasalar, ABŞ-ın qadağan olunmuş nüvə silahlarına üz tutmaqdan başqa çarəsi qalmayacaq.”

Rusiya başçıları isə Trampın “Orta Mənzilli Nüvə Raketlərinə Qadağa Paktı”ndan çıxmasını təəssüfləndirici hal adlandırıb və deyiblər: ABŞ dünyanı ələ keçirmək və tək qütblü bir dünya yaratmaq röyasına malikdir. Amma, buna heç vaxt nail ola bilməyəcək.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib: Əgər ABŞ müqavilələrdən birtərəfli qaydada çıxmağı davam etdirərsə, Rusiyada qarşılıqlı olaraq, xüsusilə hərbi sahədə bir sıra addımlar atmalı olacaq.

Qısa və orta mənzilli nüvə raketlərinin istehsalı və sınaqdan keçirilməsini qadağan edən anlaşma sənədi 1987-ci ildə ABŞ-ın o zamankı prezidenti Ronald Reyqan və Sovet İttifaqının sonuncu başçısı Mixail Qorbaçov arasında imzalanıb.

Bu anlaşmaya əsasən ABŞ və Rusiya qarşılıqlı olaraq uçuş radiusu 500-dən 5500 kilometrə kimi olan qısa və orta mənzilli nüvə raketlərinin istehsalını və sınaq əməliyyatlarını dayandırmalı habelə, nüvə cəbbəxanalarında mövcud olan bu kimi raketləri məhv etməlidirlər.

 

Teqlər