İngiltərənin baş naziri Qaşıqçının qətli ilə bağlı Ərəbistan kralı ilə danışıb
İngiltərənin baş naziri səud kralı Salman bin Əbduləziz ilə telefon söhbətində bu ölkənin səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının qətli barədə cavab verməli olduğunu vurğulayıb.
İngiltərənin baş naziri Tereza Mey dünən bu söhbətdə Qaşıqçının Ərəbistanın İstanbuldakı konsulluğundakı qətlə yetirilməsi barədə öz nigarançılığını bildirib. Deyib ki, Ərəbistanın bu barədəki nağılı inandırıcı deyildir və tez bir zamanda dəqiq şəkildə hansı hadisənin baş verdiyi aydınlaşmalıdır.
Mey Ərəbistandan istəyibdir ki, Türkiyə hökuməti ilə həmkarlıq və əldə olunan nəticələrin elan olunmasında şəffaf hərəkət etsin.
İngiltərənin baş naziri qeyd edibdir ki, bu ölkənin daxili işlər nazirliyi Qaşıqçının qətlində şübhəli bilinən bütün şəxslərin İngiltərəyə daxil olmalarını qadağan edib və əgər bu şəxslərə viza açılarsa, ləğv ediləcəkdir.