Okt 30, 2018 11:03 Asia/Baku
  • Nigeriya ordusunun bu ölkə şiələrinə qarşı cinayətləri davam edir
    Nigeriya ordusunun bu ölkə şiələrinə qarşı cinayətləri davam edir

Nigeriya ordusu bir daha paytaxt Abucada aksiya keçirən şiələrə hücum edərək, bir neçə nəfəri öldürüb və yaralayıb.

Röyters-in verdiyi məlumata görə, yüzlərlə şiə bazar ertəsi günü paytaxt Abucada aksiya keçirərək, Nigeriya şiələrinin mənəvi lideri Şeyx Zəkzakiyə azadlıq tələb edib. 

Hələ ki, Nigeriya ordusunun hücumu nəticəsində neçə nəfərin öldüyü və ya xəsarət aldığına dair dəqiq məlumat yoxdur. Amma, şahidlərin dediklərinə görə, Kujo məntəqəsində həlak olanların cəsədlərini müşahidə ediblər. 

Şeyx Zəkzaki və həyat yoldaşı 13 dekabr 2015-ci ildə Nigeriya ordusunun Kaduna vilayətində yerləşən Zariya şəhərində, yaşadıqları mənzilə edilən hücum zamanı həbs olunub. 

Nigeriya ordusu Şeyx Zəkzakini həbs edərkən, onun mənzili və şəhər hüseyniyəsi önünə toplaşan şiələrə də atəş açaraq, yüzlərlə insanı qırğın etmişdi. 

Nigeriya xalqı dəfələrlə aksiya keçirərək, Şeyx Zəkzakinin azadlığa buraxılmasını istəyib. 

Nigeriya ordusu şənbə günü də paytaxt Abucada Hüseyn(ə) Ərbəini münasibəti ilə yürüyüşə çıxan insanlara atəş açaraq, 10 nəfəri öldürmüşdülər. 

Teqlər