Noy 07, 2018 10:20 Asia/Baku
  • n iqtisadiyyatına dəstək tədbirləri hazırlanmaqdadır
    n iqtisadiyyatına dəstək tədbirləri hazırlanmaqdadır

Almaniyanın XİN rəhbəri Hayko Mas dünən Amerikanın İrana qarşı sanksiyalarını qınayaraq İran iqtisadiyyatına dəstək üçün lazımı tədbirlərin hazırlanmasından xəbər verib.

İRNA-nın verdiyi məlumata görə, Hayko Mas mətbuat konfransında etdiyi çıxışında Amerikanın İrana qarşı sanksiyalarını qeyri-düzgün hərəkət hesab edərək deyib: Avropa Birliyində İran ilə ticarəti mühafizə etməkdən əmin olmaq məqsədi ilə SPV özəl maliyyə sistemi də daxil bir sıra yüni vasitələrin üzərində iş gedir. 

Mas Əhatəli Müştərək Təşəbbüs Proqramının qorunub-saxlanılmasının vacibliyini vurğulayaraq deyib: İran iqtisadiyyatına yardım məqsədi ilə zəruri tədbirlər hazırlanmaqdadır. 

Amerikanın xəzinədarlıq nazirliyi srağa gün 700 iranlı şəxs, şirkət, bank, təyyarə və gəminin adını sanksiya siyahısına əlavə etdi. 

ABŞ-ın İrana qarşı sanksiyaları 90 və 180 günlük cədvəl əsasında bərpa ediləcək idi. İlk mərhələyə avqustun 7-dən start verildi və ikinci mərhələ də noyabrın 5-dən başlandı. 

ABŞ-ın ƏMTP-dən çıxması dünya səviyyəsində və həmin sazişi imzalayan digər tərəflərdə geniş tənqidlərə səbəb oldu. Britaniya, Fransa, Rusiya , Çin , Almaniya və Avorpa Birliyi ƏMTP-yə sadiq qaldıqlarını və ona dəstək verəcəklərini bildiriblər. 

Eyni zamanda son həftələrlə İran və AB ƏMTP-nin qorunub-saxlanılması üçün danışıqlara başlayıblar. Avropa bu müzakilərlərdə ABŞ-ın İrana qarşı sanksiyalarına qarşı İrana himayə paketi təqdim edəcəyi barədə öhdəlik qəbul edib.  

Teqlər