Quterreş: Səudların Yəməndə qələbə barədə təsəvvürləri təhlükəlidir
https://azeri.sahartv.ir/news/dünya-i327866-quterreş_səudların_yəməndə_qələbə_barədə_təsəvvürləri_təhlükəlidir
BMT-nin baş katibi səudiyyənin və əmirliklərin Yəmən savaşında qələbə barədəki təsəvvürlərini son dərəcə nigaranedici adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2018 10:11 Asia/Baku
  • Quterreş: Səudların Yəməndə qələbə barədə təsəvvürləri təhlükəlidir
    Quterreş: Səudların Yəməndə qələbə barədə təsəvvürləri təhlükəlidir

BMT-nin baş katibi səudiyyənin və əmirliklərin Yəmən savaşında qələbə barədəki təsəvvürlərini son dərəcə nigaranedici adlandırıb.

Antonio Quterreş Frans-24 telekanalı ilə müsahibədə deyib: Ərəbistan və əmirliklər hələ də Yəmənin Əlhudəydə limanını ələ keçirə biləcəklərinə inanırlar və bu, bizi olduqca nigaran edibdir.

BMT-nin baş katibi əlavə edib: Yəməndə döyüşlərin dayanacağına və sülh prosesinin başlanacağına ümid var; daha doğrusu, var idi, amma səud koalisiyasının Yəmənin həyati Əlhudəydə limanına qarşı son hücumu bu ümidvarlığı pozdu.

Ərəbistanın Yəmənə qarşı savaşının dayandırılması üzrə tələblərə toxunan Quterreş deyib: Yəmən sülh müzakirələrinin başladılması məqsədilə təqribən qəbulediləsi bir yol xəritəsi hazırlandı, amma həqiqət bundan ibarətdir ki, atəşkəsin yaradılmasında müvəffəq olmadıq.