ASEAN rohincalı müsəlman didərginlərin Myanmaya geri dönmələrinə hazırlığını bildirib
Cənub-Şərqi Asiya Ölkələri Birliy-ASEAN-ın Sinqapurda keçirilən sammitində iştirak edən ölkələrin başçıları yekun bəyanatında rohincalı müsəlman didərginlərin Myanmaya geri dönmələri vacibliyini vurğulayıblar.
ASEAN-ın on ölkəsinin başçıları özlərinin Sinqapurda keçirilən 33-cü iclaslarının yekun bəyanatında Myanmanın rohincalı müsəlman didərginlərin təhlükəsiz və şərəflə bu ölkənin Arakan əyalətinə geri dönmələri barədə üzərinə öhdəlik götürməsini istəyiblər.
ASEAN iclasında iştirak edən ölkələrin başçıları yüz minlərlə rohincalı müsəlman didərginin Banqladeşdən bu ölkəyə geri dönməsinə kömək etməyə hazır olduqlarını bildiriblər.
Bu iclasda iştirak edən ölkələrin başçıları həmçinin Cənub-Şərqi Asiya bölgəsinin digər problemlərini, o cümlədən Koreya yarımadasının nüvə tərkisilahı və Cənubi Çin dənizindəki ərazi ixtilaflarını araşdırıblar.
Cənub-Şərqi Asiya Ölkələri Birliy-ASEAN-ın Sinqapurda keçirilən sammiti bazar ertəsi günündən başlanıb. Malayziya, İndoneziya, Filippin, Sinqapur, Bruney, Myanma, Kamboca, Laos, Vyetnam və Tailand ASEAN-ın üzvləridirlər.