Noy 15, 2018 18:15 Asia/Baku
  • İngiltərənin brexit naziri istefa verib

İngiltərənin brexit naziri mühafizəkar hökumətin Avropa Birliyindən çıxmaq barədəki layihənin ilkin mətni ilə razılaşmasına etiraz olaraq, vəzifəsindən istefa verib.

İngiltərənin brexit naziri Dominik Robb bu gün baş nazir Tereza Meyə məktbuda bildirib ki, brexit razılaşmasının ilkin mətnini himayə edə bilməz və istefa verəcək.

Robb Tereza Meyə məktbunda yazıb ki, brexit razılaşmasının ilkin mətni iki İrlandiyanın sərhədi, İngiltərənin ərazi bütövlüyü və milli maraqlarını təhdid edir.

Mey dünən öz nazirlər kabineti üzvlərinin brexit razılaşmasının ilkin mətninə dəstəyini cəlb etmək üçün onlarla iclas keçirdi.

Mey iclasdan sonra bildirdi ki, nazirlər kabinetinin üzvləri onun brexit razılaşması ilə bağlı ilkin mətninə dəstək verirlər.

Teqlər