Fransa aksiyalarında yaralıların sayı artıbdır
Fransanın daxili işlər nazirliyi bu ölkədə yanacaq qiymətinin artmasına qarşı xalq etirazlarının davam etməsindən və yaralıların sayının artmasından xəbər verib.
Fransanın daxili işlər nazirliyi bildirib ki, bir ölü, 400 yaralı və 200 məhbus, bu ölkədə "Sarıların gödəkçəsi" adlı xalq hərəkatı kimi tanınan yanacaq qiymətinin artmasına qarşı etirazçıların aksiyası ilə bağlı son statistikadır.
Belə bir halda, bu etirazlarla bağlı statistika öncə bir ölü və əlli yaralı idi.
200 mindən çox fransalı şənbə günü Fransanın müxtəlif şəhərlərindəki min nöqtəyə toplaşaraq, avtomobillərin gediş-gəlişlərinin qarşısını alıb və bu ölkədəki şose yollarını bağlayıbdır. Bu etirazlar bazar günü də davam edibdir. Öncə dinc mahiyyətli olan aksiya sonda çəkişməyə gətirib çıxarıbdır.
Fransalı etirazçıar öz hiddətlərini bu ölkənin prezidenti Emmanuel Makrona göstərməklə onu yanacaq qiymətinin 2019-cu ilin əvvəlindən etibarən artırılması kimi mövcud problemlərə cavabdeh olmamaqda suçlayıblar.