AB və Orta Asiya nüvə sazişinin saxlanılmasını vurğulayıblar
Avropa Birliyi və Orta Asiya ölkələrinin xarici işlər nazirləri Brüsseldə müştərək bəyanatda nüvə sazişinin saxlanılması və İranın onun imtiyazlarından faydalanmasına təkid ediblər.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, AB-nin xarici siyasət üzrə koordinatoru Federika Moqerini dünən Orta Asiya ölkələrinin xarici işlər nazirləri ilə müştərək iclasdan sonra nüvə sazişi və İranın bu sazişdən faydalanmasına təkid edib.
Moqerini mətbuat konfransında deyib: İran, Avropa və Orta Asiyanın müştərək qonşusudur və mən xarici işlər nazirlərinə nüvə sazişinə dəstək verdiklərinə görə öz təşəkkürümü bildirirəm.
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın xarici işlər nazirləri Brüssel iclasında həmçinin nüvə sazişi ilə əlaqədar İranın öz öhdəliklərini tam şəkildə yerinə yetirməsini müsbət qiymətləndiriblər.
AB elə bir şəraitdə bir daha nüvə sazişi barədə mövqe bildirib ki, İİR XİN başçısı MƏhəmməd Cavad Zərif eləcə də bu nazirliyin sözçüsü və nazirin müavini son günlərdə AB-nin ABŞ-ın təzyiqlərinə qarşı rəftarından, nüvə sazişinin mühafizəsi üçün konkret addımların atılması sahəsindəki təşəbbüslərindən narazılıq ifadə ediblər.
İİR XİN başçısı avropalıların rist qəbul etmə qabiliyyətinin az olduğunu bildirib ona görə ki, Avstriya , Lüksanburq və Belçika ABŞ-ın təzyiqlərindən ehtiyatlanaraq AB-nin İranla xüsusi maliyyə sisteminə qarşı çıxıblar.