Senat ABŞ-ın Səudiyyə Ərəbistanına dəstəyinin dayandırılmasına çağırıb
ABŞ Senatı bu ölkənin Yəmən müharibəsində Səudiyyə Ərəbistanına dəstəyinin dayandırılması üzrə qətnamənin ilkin yazısının araşdırılması ilə razılaşıb.
ABŞ Senatının üzvlərri dünən 60 leyinə, 39 əleyhinə səslə Yəmən müharibəsində Səudiyyə Ərəbistanına dəstəyinin dayandırılması üzrə qətnamənin ilkin yazısının araşdırılması ilə razılaşıb.
Amerikanın yüksək səviyyəli senatorları ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Cina Haspel ilə iclasdan sonra bildirirblər ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanın Camal Qaşıqçının qətlinin amili olduğundan artıq əmin olublar.
Senatın xarici əlaqələr komitəsinin rəbhəri Respublikaçı senator Bob Korker Haspelin hesabatından sonra deyib: Məhəmməd Bin Salman məhkəmənin hakimlər heyəti qarşısında dursaydı 30 dəqiqə ərzində Qaşlıqçının qətlində günahkar tanınacaq idi.
Səudiyyə Rejimi oktyabrın 2-də Səudiyyəli müxalif jurnalist Camal Qaşıqçını bu rejimin İstanbuldakı konsulluğunda qətlə yetirmişdir.