Dek 17, 2018 12:41 Asia/Baku
  • Fransanın baş naziri etiraf etdi: xalqın istəklərinə əhəmiyyət verilməyib
    Fransanın baş naziri etiraf etdi: xalqın istəklərinə əhəmiyyət verilməyib

Fransanın baş naziri "sarı gödəkçəlilər"in etirazlarının davam etməsinə reaksiya olaraq deyib: Dövlət səhvə yol verib və xalqın istəklərinə yetərincə diqqət göstərməyib.

Fransa informasiya kanalının verdiyi məlumata görə, Eduard Filippe bazar günü "Les Exo" qəzetinə verdiyi müsahibədə deyib: Referendumla bağlı fikirlər sərləndirilir ki, demokratiya üçün çox yaxşı bir vasitə ola bilər. 

İslahatların aparılmasına dair referendumun keçirilməsi narazı kütlə və "sarı gödəkçəlilər" cərəyanının əsas tələblərindən biridir. 

Fransa prezidenti Emanuel Makron xalqı sakitləşdirmək və etirazları azaltmaq üçün bir sıra vədlər və sosial-iqtisadi güzəştlər vəd edib. Hesablamalara görə, bu vədlərin həyata keçirilməsi üçün 15 milyard avroluq büdcə lazımdır. 

Fransanın baş naziri Eduardo Filippe isə büdcə kəsrinin ümum daxili istehsalın üçdə ikisinə çatdığını bildirib. 

Fransada "Sarı gödəkçəlilər"in etiraz aksiyasının beşinci mərhələsində təqribən 66 min insan küçələrə axışmışdı. 

Fransada yanacaq üçün əlavə vergilərə etiraz olaraq başlanan aksiyalarda indiyə kimi 8 nəfər həyatını itirib, yüzlərlə nəfər də həbs olunub. 

Teqlər