Serbiyada hökumət əleyhinə etirazlar davam edir
Serbiya prezidenti və hakim partiyanın siyasətlərinə qarşı xalq etirazları artıq 8 həftədir ki, davam edir.
Röyters-in bildirdiyinə görə, minlərlə nəfər Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən etiraz aksiyasında iştirak edərək, prezident Aleksandr Voçiç və hakim partiyanın siyasətlərinə etiraz edib.
Şənbə günü keçirilən bu etiraz aksiyasında söz və mətbuat azadlığının təmin edilməsi və yenidən seçkilərin keçirilməsi istənilib.
Bu etiraz aksiyası "Serbiya üçün birlik" təşkilatının dəvəti ilə keçirilib. Novıy Sad və Nis şəhərlərində də oxşar etiraz aksiyaları keçirilib.
Serbiya prezidenti isə etiraz aksiyalarında iştirak üçün 5 milyon nəfərin belə küçələrə çıxacağı təqdirdə, müxalifətdə olan partiyaların söz azadlığı və seçkilərlə bağlı tələblərini qəbul etməyəcəyini deyib.