Ekologiya tərəfdarları Almaniyada aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/dünya-i332967-ekologiya_tərəfdarları_almaniyada_aksiya_keçiriblər
Minlərlə nəfər Almaniyada aksiya təşkil edərək, sənayeləşmiş ölkələrin ekologiyaya vurduqları zərər və ziyanlara etiraz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2019 18:29 Asia/Baku
  • Ekologiya tərəfdarları Almaniyada aksiya keçiriblər
    Ekologiya tərəfdarları Almaniyada aksiya keçiriblər

Minlərlə nəfər Almaniyada aksiya təşkil edərək, sənayeləşmiş ölkələrin ekologiyaya vurduqları zərər və ziyanlara etiraz edib.

İRNA-nın məlumatına görə, "Yaşıl Həftə" adı altında Berlində keçirilən beynəlxalq kənd təsərrüfatı sərgisi ilə bir vaxtda Almaniya hökumətinin sənayeləşmiş kənd təsərrüfatına üstünlük verməsinə etiraz edənlər aksiya keçirib, bu siyasətin ekologiyaya zərbə vurduğunu bildiriblər. 

Almaniya polisi bu etiraz aksiyasında iştirak edənlərin sayının 12 min nəfərə çatdığını bildirib. Amma, etiraz aksiyasının təşkilatçıları bu rəqəmin 35 min nəfər olduğunu bildirirlər.