Amerikada prezidentliyə namizədlər "İlhan Öməri" dəstəklədilər
https://azeri.sahartv.ir/news/dünya-i336271-amerikada_prezidentliyə_namizədlər_İlhan_Öməri_dəstəklədilər
Amerikada prezident seçkiləri namizədlərindən bir qrupu sionist lobbisini tənqid etdiyi üçün geniş tənqidlər ilə üzləşən müsəlman konqresmeni dəstəkləyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2019 17:22 Asia/Baku
  • Amerikada prezidentliyə namizədlər

Amerikada prezident seçkiləri namizədlərindən bir qrupu sionist lobbisini tənqid etdiyi üçün geniş tənqidlər ilə üzləşən müsəlman konqresmeni dəstəkləyiblər.

Hill informasiya portalının yazdığına görə, 2020-ci il prezident seçkiləri üçün namizədliyini bir neçə gün öncə rəsmən elan etmiş senator Berni Sanders bir bəyanat yayaraq, İlhan Ömərə qarşı hücumları qınayıb və Nümayəndələr Palatasının üzvü olan bu müsəlman xanımı dəstəkləyib.

Berni Sanders deyib: Biz İsraildə Netanyahu hökumətinə qarşı qanuni tənqidləri də "anti-semitizm" hesab etməməliyik.

2020-ci il prezident seçkilərinin digər demokrat namizədi senator Kamala Heris də bu barədə deyib: Tənqidlərin İlhan Ömərə qarşı yönləndirilməsi bu qadın müsəlman konqresmeni təhlükə qarşısında qoyur. Bu qəbuledilməzdir.

2020-ci il prezident seçkilərində Trampın ciddi rəqiblərindən olan senator Elizabet Varen da İlhan Ömərə qarşı tənqidlərə reaksiya verdi.

Elizabet Varen İsrailə qarşı tənqidlər ilə "anti-semitizm" arasında fərq qoyulmasını istədi.

Əslən Somalidən olan İlhan Ömər 2018-ci il seçkilərində Minesota Ştatından ABŞ-ın Nümayəndələr Palatasına üzv seçilib.

İlhan Ömər dəfələrlə öz çıxışları və müsahibələrində sionist lobbisinin ABŞ siyasətindəki təsirlərini destruktiv adlandırıb. O, sionist lobbisinin konqresmenlərə rüşvət verdiklərini bunun müqabilində on lardan İsraili müdafiə etmələrini istədiklərini ifşa edib.