ABŞ dünyada silah üzrə ən böyük ixracatçı, səudiyyə isə ən böyük idxalatçıdır
-
ABŞ dünyada silah üzrə ən böyük ixracatçı, səudiyyə isə ən böyük idxalatçıdır
Beynəlxalq Stokholm Sülh Tədqiqat Mərkəzi 2018-ci ildə dünyada silah ticarəti barədəki ən yeni hesabatında Amerikanı silah üzrə ən böyük ixracatçı, səudiyyə isə ən böyük idxalatçı kimi təqdim edibdir.
Beynəlxalq Stokholm Sülh Tədqiqat Mərkəzi bildirib ki, 2018-ci ildə Amerikanın Yaxın Şərqə silah ixracatı artıbdır. Belə ki, bu ölkənin 2014-cü ildən 2018-ci ilədək olan müddətdəki silah ixracatının yarısından çoxu, yəni 52 faizi bu bölgəyə yönəlibdir.
Bu məlumata əsasən, ərəbistan, əmirliklər və Avstraliya ötən dörd ildə amerikan silahların ən mühüm alıcıları olublar.
Beynəlxalq Stokholm Sülh Tədqiqat Mərkəzinin hesabatında həmçinin deyilir: Sionist rejim də Yaxın Şərqə əsas silah ixracatçısına çevrilib və onun əsas müştəriləri, Hindistan, Azərbaycan Respublikası və Vyetnam olubdur.
Bu institutun dəyərləndirməsinə əsasən, dünyada ən başlıca silah ixracatçıları Amerikadan sonra Rusiya, Fransa, Almaniya, Çin və İngiltərədir.