Ağ Ev Venesuelada iştirakı bəhanəsilə Rusiyaya sanksiyalar tətbiq etmək fikrindədir
https://azeri.sahartv.ir/news/dünya-i337808-ağ_ev_venesuelada_iştirakı_bəhanəsilə_rusiyaya_sanksiyalar_tətbiq_etmək_fikrindədir
Amerikanın Venesuela məsələləri üzrə xüsusi məsul şəxsi bildirib ki, Vaşinqton Venesuelada hərbi iştirakı bəhanəsilə Rusiyaya sanksiyalar tətbiq etmək fikrindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2019 04:33 Asia/Baku
  • Ağ Ev Venesuelada iştirakı bəhanəsilə Rusiyaya sanksiyalar tətbiq etmək fikrindədir
    Ağ Ev Venesuelada iştirakı bəhanəsilə Rusiyaya sanksiyalar tətbiq etmək fikrindədir

Amerikanın Venesuela məsələləri üzrə xüsusi məsul şəxsi bildirib ki, Vaşinqton Venesuelada hərbi iştirakı bəhanəsilə Rusiyaya sanksiyalar tətbiq etmək fikrindədir.

Amerikanın Venesuela məsələləri üzrə xüsusi məsul şəxsi Elliot Abrams bildirib ki, Ağ Ev Rusiyanın Venesueladakı hərbi iştirakı ilə mübarizə üçün müxtəlif seçimlərə malikdir və bu seçimlərdən biri, iqtisadi sanksiyalardır.

Abrams əlavə edib: Əgər ruslar elə hesab etsələr ki, Venesuelada ixtiyar sahibidirlər, səhvə yol vermiş olarlar.

Bu amerikalı rəsmi iddia edib ki, Venesuelada Rusiya əsgərlərinin sayı çox deyil, amma onların təsir gücü çoxdur.

Rusiya indiyədək dəfələrlə bu ittihamları təkzib edib və qarşılıqlı olaraq, vurğulayıbdır ki, Vaşinqton bir hərbi çevrliliş planlaşdıraraq, Venesuelada hakimiyyəti dəyişdirmək niyyətindədir.