10 minlərlə isveçrəli ekologiyanı himayəyə təkid etdi
https://azeri.sahartv.ir/news/dünya-i338360-10_minlərlə_isveçrəli_ekologiyanı_himayəyə_təkid_etdi
On minlərlə isveçrəli ölkənin müxtəlif şəhərlərində aksiyalar təşkil edərək, ekologiyanın xüsusilə də su qaynaqlarının və havanın qorunmasına təkid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2019 09:00 Asia/Baku
  • 10 minlərlə isveçrəli ekologiyanı himayəyə təkid etdi
    10 minlərlə isveçrəli ekologiyanı himayəyə təkid etdi

On minlərlə isveçrəli ölkənin müxtəlif şəhərlərində aksiyalar təşkil edərək, ekologiyanın xüsusilə də su qaynaqlarının və havanın qorunmasına təkid ediblər.

İRİB-nin bildirdiyinə görə, 20 mindən çox isveçrəli ölkənin müxtəlif şəhərlərində aksiyalar təşkil edərək, hökumətin iqlim dəyişikliyinə laqeyd yanaşmasını və temperaturun artmasını qınayıb.

Bu etiraz aksiyasında iştirak edənlər nə qədər ki, gec deyil iqlim dəyişikliyi ilə mübarizə aparılmasını istəyiblər.

Ötən həftələrdə Avropanın müxtəlif şəhərlərində minlərlə məktəbli dərsə getməyərək, iqlim dəyişiklikləri ilə mübarizəyə diqqət çəkmək üçün aksiyalar təşkil etmişdilər. Onlar dünya başçılarının iqlim dəyişiklikləri ilə mübarizə sahəsindəki fəaliyyətlərini yetərsiz hesab ediblər.

Tramp 2017-ci ildə Paris iqlim anlaşmasından çıxmaqla dünya ekologiyasına ən böyük zərbəni vurdu.