Amerikalı fəhlələr Tramp hökumətinin militarist siyasətlərinə etiraz etdilər
https://azeri.sahartv.ir/news/dünya-i339774-amerikalı_fəhlələr_tramp_hökumətinin_militarist_siyasətlərinə_etiraz_etdilər
Amerikalı fəhlələr ölkənin müxtəlif ştatları və şəhərlərində prezident Donald Trampın militarist siyasətlərinə qarşı aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2019 10:17 Asia/Baku
  • Amerikalı fəhlələr Tramp hökumətinin militarist siyasətlərinə etiraz etdilər

Amerikalı fəhlələr ölkənin müxtəlif ştatları və şəhərlərində prezident Donald Trampın militarist siyasətlərinə qarşı aksiya keçiriblər.

İRNA-nın məlumatına görə, amerikalı fəhlələr çərşənbə günü "1 May" Beynəlxalq Zəhmətkeşlər Günü münasibətilə müxtəlif ştatlar və şəhərlərdə yürüşlər təşkil edərək, prezident Donald Trampın militarist rəftarlarına habelə, mühacirlərlə bağlı siyasətlərinə etiraz ediblər.

Amerikalı fəhlələr həmçinin, Vaşinqtonun Venesuelanın daxili məsələlərinə müdaxiləsini qınayıblar.

"1 May" yürüşü iştirakçıları Nyu-Yorkda Tramp binası önündə bir araya gələrək, ekologiyanın qorunmasının əhəmiyyətinə və irqçilik ilə mübarizənin önəminə təkid ediblər.

Siyatel şəhərində də yüzlərlə nəfər küçələrə axın edərək, işçilər və mühacirlərin hüquqlarına diqqət göstərilməsini istəyib.

Yürüş iştirakçıları Trampın mühacirlərlə bağlı siyasətlərinə, məişət xərclərinin yuxarı olmasına və gənclərin həbs olunmasına etiraz ediblər.