Putin Rusiyanın Belarusdakı səfirini kənarlaşdırıb
https://azeri.sahartv.ir/news/dünya-i339905-putin_rusiyanın_belarusdakı_səfirini_kənarlaşdırıb
Rusiya prezidenti Vladimir Putin Moskva ilə Minsk arasında yaranmış ixtilaflara görə, bu ölkənin Belarusdakı səfirini kənarlaşdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2019 05:00 Asia/Baku
  • Rusiyanın Belarusdakı səfirini kənarlaşdırıb
    Rusiyanın Belarusdakı səfirini kənarlaşdırıb

Rusiya prezidenti Vladimir Putin Moskva ilə Minsk arasında yaranmış ixtilaflara görə, bu ölkənin Belarusdakı səfirini kənarlaşdırıb.

Moskva ilə Minsk arasında ixtilaf 2018-ci ilin yanvarında başlanıb.

Belarus prezidenti Aleksandr Lukaşenko o zaman Moskvanın Minskə neft ixracatı üzrə vergi imkanlarının təmin edilməsindən imtina etməsinin nəticələri haqda xəbərdarlıq etdi və bildirdi ki, Rusiya öz mövqeyində israrlı olarsa, qərbdəki yeganə müttəfiqi kimi Belarusu itirmiş olacaqdır.

Qeyd edək ki, Belarus öz neft ehtiyacını Avropa ölkələrindəki neft qiymətindən aşağı qiymətlə Rusiyadan təmin edir və rus tərəfə vergi ödəmədən idxal etdiyi neftin böyük bir hissəsini öz neftayırma zavodlarında təmizlədikdən sonra çox yüksək qiymətlə xarici ölkələrə satır.