May 16, 2019 09:06 Asia/Baku
  • Huawei və onun tabeliyində olan 70 şirkət Amerikanın qara siyahısında

ABŞ Ticarət Nazirliyi Çinin Huawei texnologiya şirkətini və ona bağlı 70 şirkəti öz qara siyahısına yerləşdirəcəyini bildirib.

ABŞ Ticarət Nazirliyinin bu hərəkəti ilə Çinin Huawei şirkətinə Amerika hökumətinin təsdiqi olmadan amerikalı şirkətlərdən detallar satın almaq qadağan olacaq.

Amerika prezidenti Donald Tramp dünən bir sərəncam imazalayıbdır ki, ona əsasən, Amerikada fövqəladə vəziyyət elan olunub və amerikalı şirkətlərə milli təhlükəsizliyi xətərə salan şirkətlərin istehsal etdikləri rabitə təchizatlarından istifadə qadağan olunubdur.

Tramp hökuməti təhlükəsizlik təhdidləri kimi bəhanələrlə öz müttəfiqlərinə Çinin rabitə nəhəngi olan Huawei şirkətinin həmin ölkələrdəki fəaliyyətlərinin davam etməsinin qarşısını almaq üçün təzyiqləri artırıbdır.

ABŞ dövlət katibi Mayk Pompeo iddia edib ki, Huawei şirkəti Çin hökuməti tərəfindən aparılan casusluğu asanlaşdıran bir vasitədir.

 

 

 

 

 

 

 

 

 

 

Teqlər