May 17, 2019 19:35 Asia/Baku
  • Peskov: ABŞ-ın sanksiyalarına cavab verəcəyik

Kreml-in sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Amerikanın, insan haqlarını pozmaları ittihamı ilə bir qrup Rusiya vətəndaşını və bir çeçen qrupu boykot etməyə dair son hərəkəti qarşısında cavab addımı atacaqdır.

Kreml-in sözçüsü əlavə edib: Rusiya öz milli maraqları istiqamətində olacaq hər bir işi görəcəkdir.

Rusiyanın Vaşinqtondakı səfirliyi də bir bəyanat yayaraq bildirib ki, Moskva "Maqnitski qanunu" əsasında mütləq Amerikanın yeni sanksiyalarına konkret addımlarla cavab verəcəkdir.

Amerikanın xəzinədarlıq nazirliyi bu gün səhər "Maqnitski qanunu"nun icrası istiqamətində beş Rusiya vətəndaşını, o sıradan bir neçə hərbi rəsmini və TRKT adlandırılan çeçen sürətli reaksiya qüvvələrinin xüsusi bölməsini ABŞ-ın Rusiyaya qarşı sanksiyaları siyahısına əlavə etdi.

Teqlər