Səudiyyə rejimi üçün silah yükləyən gəmi İtaliya limanına daxil olub
https://azeri.sahartv.ir/news/dünya-i340799-səudiyyə_rejimi_üçün_silah_yükləyən_gəmi_İtaliya_limanına_daxil_olub
İnsan haqları qruplarının Fransanın Havr limanında silah yükləməsinə mane olduqları ərəbistana aid bir gəmi bu gün İtaliyanın Genuya limanına daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 20, 2019 09:09 Asia/Baku
  • Səudiyyə rejimi üçün silah yükləyən gəmi İtaliya limanına daxil olub
    Səudiyyə rejimi üçün silah yükləyən gəmi İtaliya limanına daxil olub

İnsan haqları qruplarının Fransanın Havr limanında silah yükləməsinə mane olduqları ərəbistana aid bir gəmi bu gün İtaliyanın Genuya limanına daxil olub.

APTN telekanalının məlumatına görə, etirazçılardan ibarət kiçik bir qrup bu limana toplaşıb. Onların əllərində üzərlərində "Savaşa yox!" şüarı yazılmış plakatlar var.

Cümə günü insan haqları qrupları "Bəhri Yanbu" gəmisinin Fransanın Havr limanında silah yükləməsinə mane olmuşdular, zira belə bir nigarançılıq vardır ki, ərəbistan  bu silahlardan Yəmən savaşında sivillərə qarşı istifadə edəcək.

Antverpendə yüklənmiş ayrıca bir silah yükünü daşıyan bu gəmi bundan qabaq İspaniyanın Santander limanına yan almışdı.