May 23, 2019 15:23 Asia/Baku
  • Britaniya və Hollandiyada Avropa Parlamenti seçkilərinə start verildi

Britaniya və Hollandiya Avropa Parlamentinə seçkiləri keçirən ilk ölkələrdirlər.

Fransa xəbər agentliyinin bildirdiyinə görə, britaniyalılar bu gün cümə axşamı Avropa Parlamentindəki nümayəndələrini seçmək üçün səsvermədə iştirak edirlər.

Hollandiyada da bu gün seçki məntəqələrinin qapıları seçicilərin üzünə açılıb.

Ümumilikdə 400 milyondan sox seçici 28 Avropa ölkəsində Avropa Parlamentinin 751 üzvünü seçmək üçün seçkilərdə iştirak edir.

Avropa Birliyinə üzv digər ölkələrdə seçkilər bazar günü keçiriləcək.

Britaniyada seçicilər Brexit-ə rəğmən Avropa Parlamentinə 73 nümayəndə göndərəcəklər.

Statistikalara əsasən ifratçı sağçı partiyalar hazırkı şəraitdə Avropa Parlamentində daha çox yer əldə edəcəklər.

 

Teqlər