Rusiyadakı partlayışda yaralıların sayı 79 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/dünya-i341727-rusiyadakı_partlayışda_yaralıların_sayı_79_nəfərə_çatıb
Rusiyanın mərkəzində yerləşən Nijniy Novqorod vilayətinin Dzerjinski şəhərindəki Kristal zavodunun sursat istehsalı emalatxanasında baş vermiş üç güclü partlayışda yaralananların sayı 79 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2019 04:44 Asia/Baku
  • partlayışda yaralıların sayı 79 nəfərə çatıb
    partlayışda yaralıların sayı 79 nəfərə çatıb

Rusiyanın mərkəzində yerləşən Nijniy Novqorod vilayətinin Dzerjinski şəhərindəki Kristal zavodunun sursat istehsalı emalatxanasında baş vermiş üç güclü partlayışda yaralananların sayı 79 nəfərə çatıb.

Rus rəsmilər bundan öncə həmin hadisədə yaralananların sayını 38 nəfər elan etmişdilər.

Bu hadisədə qeyd olunan zavodun beş binası və 180-ə yaxın yaşayış obyekti zərər çəkib.

Dzerjinski təcili yardım mərkəzi bu zavodun istehsal xəttindəki texniki qüsuru partlayışın ethimal olunan dəlili elan edibdir.

Bəzi medialar bu hadisədə azı iki nəfərin itkin düşməsindən xəbər verirlər.

Hələ rəsmi şəxslər hadisə qurbanlarının sayı barədə fikir bildirməyiblər.