Londonda "Əsrin sövdələşməsinə-yox!" şüarı səsləndirildi
Londonda Ümumdünya Qüds Günü yürüşü müqəddəs Ramazan ayının son bazar günü sionist rejimə qarşı çıxan çoxlu sayda oruc müsəlmanın, vətəndaş cəmiyyəti fəalının, insan haqlarını müdafiə qruplarının, müharibə əleyhinə qrupların, eləcə də yəhudi və xristian fəallarının iştirakı ilə keçirilib.
Yürüş iştirakçıları ötən il Fələstinin işğalının 70-ci ildönümü münasibətilə tikilmiş bu ölkənin 70 metrlik bayrağını dalğalandıraraq, "Əsrin sövdələşməsinə-yox!", "Yaşasın, Fələstin!", sionist rejimə ölüm!", "Qüds günü, Fələstin xalqını himayə günüdür!" və "Fələstinin işğalına son qoyun!" şüarları veriblər.
Builki Qüds Günü yürüşü İngiltərənin daxili işlər nazirliyinin binası önündən başlanıb və yürüş iştirakçıları Londonun mərkəzi küçələrindən, həmçinin İngiltərə parlamentinin və Balfor bəyannaməsinin verildiyi məkanın binası önündən keçərək, bu ölkənin baş nazirlik binasının qarşısına toplaşıblar. Müsəlman, xristian və yəhudi natiqlər, eləcə də Fələstinə dəstək olan qrup və orqanlardan bir qrupunun nümayəndələri Fələstin xalqına qarşı yönəlmiş "əsrin sövdələşməsi" adlı digər bir amerikan-sionist fitnəkar planını pisləyərək, sionist rejimin və bu rejimin himayədarlarının cinayətlərini ifşa ediblər. Onlar fələstinlilərin hüquqlarının bərpası üçün real yolların izlənilməsi vacibliyini vurğulayıblar.
Son otuz ildə Londonda bu yürüşü təşkil edən qərargah kimi islami insan haqları komissiyası İngiltərənin daxili işlər nazirliyinin islamofob siyasətlərini, eləcə də İngiltərə hökumətinin Qüdsü işğal etmiş rejimə dəstəyinin davam etməsini bu yürüşün keçirilməsinin əsas hədəfləri adlandırıbdır.