İyun 13, 2019 17:24 Asia/Baku
  • Rəy sorğularında Bayden Trampdan öndə gedir
    Rəy sorğularında Bayden Trampdan öndə gedir

ABŞ-ın hazırkı prezidentinin gələcək seçkilərdəki demokrat rəqibi rəy sorğularında Donald Trampı qabaqlayıbdır.

2020-ci il Amerika prezident seçkilərinə demokrat namizəd Co Bayden bir universitetin apardığı rəy sorğusunda səslərin 53 faizini əldə edərək, öz rəqibini arxada qoyubdur.

Amerika prezidenti Donald Tramp bu rəy sorğusunda səslərin qırx faizini qazanıb. Beləliklə, Bayden Tramp qarşısında on üç faizlik üstünlüyə malik olubdur.

Bundan öncə demokrat partiyasının 2020-ci il Amerika prezident seçkilərinə namizədi demişdi ki, bu ölkənin hazırkı prezidenti Amerika üçün bir təhdiddir.

Amerikanın keçmiş prezidenti Barak Obamanın müavini olmuş Co Bayden öz seçki kampaniyasında iqlim dəyişiklikləri və ticarət tarifi kimi mövzularda özünü Trampdan ayırmağa çalışır.

Co Bayden Amerikanın hazırkı prezidentinin sərt tənqidçilərindəndir və rəy sorğularına görə, böyük ehtimala qarşı, 2020-ci il seçkilərində Trampın əsas rəqibi olacaqdır.

Teqlər