Qaşıqçı qətli barədə beynəlxalq təhqiqat qrupu yaradılır
-
Qaşıqçı qətli barədə beynəlxalq təhqiqat qrupu yaradılır
BMT-nin özbaşına və qeyri-məhkəmə icraatına dair xüsusi məruzəçisi səudiyyə jurnalisti Camal Qaşıqçının öldürülməsi cinayəti barədə beynəlxalq araşdırmalar aparmaq üçün işçi qrupunun yaradılmasını təklif edib.
BMT-nin özbaşına və qeyri-məhkəmə icraatına dair xüsusi məruzəçisi Agnes Kallamard çərşənbə günü Camal Qaşıqçının qətli ilə bağlı məruzəsini Birləşmiş Millətlər Təşkilatının Cenevrədə yerləşən İnsan Haqları Şurasına təqdim edib.
BMT-nin özbaşına və qeyri-məhkəmə icraatına dair xüsusi məruzəçisi həmçinin deyib ki, G20 zirvəsində, Qaşıqçının qətli cinayəti araşdırılmalı və səudiyyə ərəbistanının bu qətldəki məsuliyyəti müəyyən edilməlidir.
BMT-nin edam məsələləri üzrə bir tədqiqatçısı da deyib ki, 20-lər qrupu ölkələri Yaponiyanın Osaka şəhərində keçiriləcək iclasda Qaşıqçının qətli ilə bağlı tam məsuliyyəti qəbul etməsi üçün səudiyyə ərəbistanına təzyiq göstərməlidirlər.
Səudiyyə jurnalisti Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də səudiyyənin İstanbuldakı konsulluğunda Ərriyaddan göndərilən agentlər tərəfindən dəhşətli şəkildə qətlə yetirildi.