Rusiyada bir təyyarənin təcili eniş etməsi nəticəsində 9 nəfər ölüb və yaralanıb
Rusiyanın şərqində bir sərnişin təyyarəsinin təcili eniş etməsi nəticəsində onun iki pilotu həlak olub, yeddi nəfər də yaralanıbdır.
Rusiyanın Buryatiya Muxtar Respublikası prezidentinin mətbuat xidməti bildirib ki, "Antonov-24" tipindən olan bu sərnişin təyyarəsi həmin muxtar respublikanın şimalında yerləşən Nijneanqarsk şəhərinin hava limanına təcili eniş edib. Yerdə qalan sərnişinlər, o cümlədən 42 nəfər və bir uşaq xilas olubdur.
Bu məlumata görə, "Anqara AİR Layner" aviaşirkətinə məxsus olan bu sərnişin təyyarəsi bu gün səhər Nijneanqarsk şəhərinin hava limanından qalxaraq, Buryatiya Muxtar Respublikasının mərkəzi olan Ulan-Ude şəhərinə doğru uçmuşdu.
İlkin məlumatlara görə, təyyarə eniş edərkən uçuş zolağından çıxaraq, bir binaya dəyib və nəticədə təyyarə yanğına düçar olubdur.