Rusiya: İranın uran ehtiyatlarının artması Amerikanın sanksiyalarının nəticəsidir
https://azeri.sahartv.ir/news/dünya-i343514-rusiya_İranın_uran_ehtiyatlarının_artması_amerikanın_sanksiyalarının_nəticəsidir
Rusiyanın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi vurğulayıb ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının artması Amerikanın İranın zənginləşdirilmiş uran ixracatına qarşı sanksiyaların tətbiq edilməsindəki hərəkətlərinin nəticəsidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2019 07:25 Asia/Baku
  • Rusiya: İranın uran ehtiyatlarının artması Amerikanın sanksiyalarının nəticəsidir
    Rusiya: İranın uran ehtiyatlarının artması Amerikanın sanksiyalarının nəticəsidir

Rusiyanın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi vurğulayıb ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının artması Amerikanın İranın zənginləşdirilmiş uran ixracatına qarşı sanksiyaların tətbiq edilməsindəki hərəkətlərinin nəticəsidir.

Rusiyanın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi Mixail Ulyanov dünən öz twitter səhifəsindəki mesajda yazıb: İranın zənginləşdirilmiş uran ehtiyatları 300 kiloqram həddini keçibdir. Bu məsələ nüvə anlaşması qarşısındakı könüllü öhdəliklərdən yayınmaq deməkdir, amma NPT-nin pozulması və ya nüvə silahlarının genişləndirilməsi ilə heç bir əlaqəsi yoxdur.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da deyib: İranın nüvə anlaşmasında icazə verilən uran ehtiyatlarını 300 kiloqram keçməsi təəccüblü deyildir.

Rusiya bundan öncə də İranın, Vaşinqtonun nüvə anlaşmasından çıxmasından bir il sonra bu anlaşmadakı öhdəliklərinin azaldılması sahəsindəki ilk addımı barədə bildirmişdi ki, İranın qərarını dərk edir.