Rusiya İran ilə ərəb ölkələri arasında dialoqa dəstək verib
-
Rusiya İran ilə ərəb ölkələri arasında dialoqa dəstək verib
Rusiya xarici işlər naziri İran ilə ərəb ölkələri arasında dialoqa dəstək verib.
Rusiya xarici işlər naziri Sergey Lavrov dünən deyib: İran və ərəb ölkələrinin region sabitliyi və təhlükəsizliyi sahəsindəki danışıqları zəruri bir mövzudur.
Lavrov vurğulayıb ki, bu danışıqlar İran və ərəb ölkələri arasında etimadın yaradılması və təhlükəsizlik sahəsində şəffaflıq istiqamətində keçirilsin.
Qərbi Asiyadakı bəzi ərəb ölkələri Ağ Ev-in və sionist rejimin siyasətləri ilə paralel surətdə hərəkət edirlər.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bundan öncə Küveytdə çıxan "Əlrəy" qəzetində bir məqalə yayaraq təklif etdi ki, ifratçılıq və terrorizm kimi iki "xərçəng fenomeni"nin aradan qaldırılması daxil olmaqla bölgə problemlərinin həllinə kömək üçün Qərbi Asiyada "Regional Dialoq Assambleyası" təşkil edilsin.