Amerikanın sərhəd təcridxanalarında digər bir mühacir ölüb
Amerika sərhədlərini mühafizə idarəsi xəbər veribdir ki, nikaraqualı bir kişinin ölümü ilə indiyədək Amerikanın sərhəd təcridxanalarında ölmüş miqrantların sayı on iki nəfərə çatıb.
Amerika sərhədlərini mühafizə idarəsi dünən xəbər veribdir ki, bu nikaraqualı kişi ağır cismani şəraitə görə, xəstəxanada ölübdür.
Bu şəxs Arizona ştatındakı Sasabe məntəqəsində sərhəd patrul amillərinə təslim olmuş Mərkəzi Amerikadan olan 36 mühacir arasında olubdur.
Rəsmi məlumatlara görə, bundan öncə on bir digər mühacir də pis səhiyyə və qeyri-insani şəraitə görə, Amerikanın sərhəd zindanlarında həyatını itiribdir.
ABŞ konqresinin nümayəndələr palatasının üzvü Aleksandria Okasio-Kortez də iyulun birində Texasdakı miqrant həbsxanasından baxış keçirdikdən sonra ifşa edibdir ki, gömrük işçilərini, qadınları və miqrant uşaqları susuz kameralarda saxlayır və onları içmək üçün tualet suyundan istifadə etməyə məcbur edirlər.