ABŞ sionist rejimə dörd milyard dollarlıq kömək edir
-
ABŞ sionist rejimə dörd milyard dollarlıq kömək edir
ABŞ dövlət katibi deyib ki, Vaşinqton sionist rejimə dörd milyard dollarlıq kömək edəcək.
Mayk Pompeo "Sionist rejim üçün xristianlar birliyi" konfransında bir daha Tramp hökumətinin sionist rejimi himayə etmək üzrə öhdəliyini vurğulayıb. Qeyd edib ki, Vaşinqton Təl-Əvivlə münasibətlərini qorumaq və gücləndirmək ardıncadır.
Amerikanın dövlət katibi həmçinin elə bir halda bu ölkənin sionist rejimə dörd milyard dollarlıq köməyi, Qüdsü bu rejimin paytaxtı kimi tanıması, həmçinin bu rejimin işğal olunmuş Qolan yüksəkliklərinə hakimiyyətini tanıması ilə fəxr edirdi ki, İrana qarşı maksimum təzyiqin davam etdirilməsini istəyirdi.
Nüvə anlaşmasından çıxma yolunda uğursuz qalmasına görə, öz strategiyasını insan haqlarına tərəf yönəltmiş Pompeo iddia edibdir ki, İran İslam Respublikası dinlərin azadlığına məhəl qoymur.