Moskva-London-Paris-Berlin nüvə anlaşması məşvərəti
-
Moskva-London-Paris-Berlin nüvə anlaşması məşvərəti
Rusiya xarici işlər nazirinin müavini Moskvada İngiltərə və Fransanın səfirləri, həmçinin Almaniyanın müvəqqəti işlər vəkili ilə görüşərək, əhatəli birgə fəaliyyət proqramı- nüvə anlaşması barədə onlarla söhbət və məşvərət edibdir.
Sergey Ryabkov Moskvada İngiltərə səfiri- Lori Bristo, Fransa səfiri- Silvi Bermen və Almaniya səfirliyinin müvəqqəti işlər vəkili- Gezeski ilə nüvə anlaşmasının icrası ətrafındakı vəziyyəti, o sıradan bu gün keçirilməli olan MAQATE-nin direktorlar şurasının iclasına əsasən, araşdırıbdır.
Rusiya xarici işlər nazirinin müavini bu görüşdə vurğulayıb ki, mövcud razılaşmaların qorunması və onların tam icrası üçün şəraitin təmin olunması məqsədilə İran və üç Avropa ölkəsi daxil olmaqla bütün tərəflərin öhdəliklərinə əsasən, nüvə anlaşmasının bütün iştirakçılarının səyləri artırılmalıdır.
Bu görüşdə Amerikanın addımları daimi şəkildə pozuntu yaratdığına görə, nüvə anlaşmasının icrası qarşısında əsas maneə kimi təqdim olunubdur.